Yasamal İcra Hakimiyyəti Korrupsiya Bataqlığında-Səməd İslamov

Yasamal İcra Hakimiyyəti Korrupsiya Bataqlığında-Səməd İslamov

Amerikapress.com xəbər verir ki,Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin vəzifədən kənarlaşdırılmasından sonra,başçı vəzifəsini müvəqqəti icra edən 1-ci müavin Səməd İslamov Yasamal rayonunda bir çox bahalı torpaqları satmaqda ittiham olunur.

Belə ki,Yeni-Yasamal ərazisində Dadaş Bünyatzadə küçəsi ətrafında bir çox iri obyektlərin tikilişinə məhz Səməd İslamov icazə verib.
Amerikapress.com saytının Araşdırma Qrupunun əldə etdiyi məlumata görə,həmin iri obyektlərdən biri də məhz Milli Məclisin Sədr müavini Bahar Muradovaya məxsusdur.Külli miqdarda pullar qarşılığında qanunsuz olaraq torpaqların satışından Prezident Adminstrasiyası məlumatsızdırmı?
Prezident İlham Əliyevin korrupsiyaya qarşı mübarizə elan etməsindən xəbərsiz olan Səməd İslamov Yasamal rayonunu talamaqla məşğuldur.Nəzarət mexanizminin olmadığı və cinayət tərkibli əməllərini rahat şəkildə həyata keçirən Səməd İslamova kim və kimlər STOP deyəcək?
Hazırda bir çox Yasamal sakinləri etiraz səslərini Prezidentə çatdırmaq üçün ETİRAZ AKSİYASINI məhz Prezident Adminstrasiyasının qarşısında keçirmək istəyirlər.
Mötəbər mənbənin bildirdiyinə görə,vətəndaşların haqlı narazılığı bir-başa Ölkə Başçısının diqqətinə çatdırılacaq.
Belə görünür ki,Səməd İslamovun qollarının qandallanması heçdə uzaqda deyil.
Bu istiqamətdə araşdırmamız davam edir və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.
Araşdırma Qrupu

Paylaş

Şərh Yaz