Vaşinqtona Azərbaycandakı durum haqda məlumatlandırmağa gəlmişəm

Vaşinqtona Azərbaycandakı durum haqda məlumatlandırmağa gəlmişəm

Mən Birləşmiş Ştatlara gəlmişəm ki, görüşlər keçirim – Konqresdə, Senatda və Dövlət Departamentində – Azərbaycandakı durumla bağlı, medianın vəziyyəti ilə bağlı insanları

məlumatlandırım,” deyə Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Amerikanın Səsinə müsahibədə ABŞ-a səfərinin məqsədlərini anladır.

Avqust ayında müxtəlif növ ittihamlarla həbs edilmiş və xarici təzyiqlərin ardınca həbsdən azad edilmiş Əliyev ölkəni tərk edərkən ciddi problemlə üzləşmədiyini bildirir.

“Son 3 ildə ölkədən çıxanda məni ənənəvi şəkildə yoxlayırlar. Mən daxiləm o beş nömrəli siyahıya. Ola bilsin ona beşinci kolon deyirlər. Hər dəfə yoxlayırlar ki, özümlə nə aparıram, nə qədər pul aparıram.”

Azərbaycanda vaxtaşırı mətbuat haqda qanunverici aktlara dəyişikliklər edirlər, sərtləşdirirlər, cərimələri artırırlar. Bu proses artıq neçə ildir ki, gedir.
Ölkədə media durumunun ağır olduğunu qeyd edən Əliyev mütəmadi qaydada media azadlıqlarına məhdudiyyətlər tətbiq edildiyini bildirir.

“Bu proses artıq neçə ildir gedir. Hakimiyyət çalışır ki, bu yolla medianı çərçivəyə salsın, özünü-senzura tətbiqini daha da gücləndirsin,” Əliyev deyir.

Həbsinin onun baxışlarında hansı dəyişikliklərə yol açıb-açmaması haqda sualı cavablandırarkən Turan agentliyinin rəhbəri çox şeyin dəyişmədiyini, əksinə – müstəqil medianın üzləşdiyi problemləri “daha dərindən” dərk etdiyini, “həbsdə olan jurnalist və blogerlərin hansı əziyyətləri çəkdiklərini” daha yaxşı anladığını söyləyir.

“Azadlığın qiymətini, onun uğrunda mübarizənin dəyərini daha yaxşı dərk etməyə başlayırsan,” deyə Mehman Əliyev azad mətbuat uğrunda daha çox səy göstərməyin vacibliyini vurğulayır.

Amerikapress.com

Paylaş

Şərh Yaz