“Pasportlar haqqında” qanunda dəyişiklik edildi

“Pasportlar haqqında”  qanunda dəyişiklik edildi

“Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edildi.Bu Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

“Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik 16-cı maddədən “itirildikdə, qəsdən korlandıqda,” sözlərinin çıxarılmasıdır.Beləki əvvəllər qanunun tələbinə görə “Pasport itirildikdə, qəsdən korlandıqda təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırdılar”.
Lakin qanunda edilmiş sonuncu dəyişikliyə əsasən pasport itirildikdə və ya qəsdən korlandıqda heç bir inzibati və cinayət məsuliyyəti yaranmır.

Paylaş

Şərh Yaz