İş adamı məhkəməni necə “razı” saldı ?

İş adamı məhkəməni necə “razı” saldı ?

Amerikapress.com xəbər verir ki,tanınmış iş adamı Akif Rəhimovun yol nəqliyyat hadisəsi

zamabı ehtiyatsızlıqdan adam öldürmə (CM-nin 263 və 264) maddələri ilə təqsirləndirilən və hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Rəhim Rəhimovu məhkəmə ev dustaqlığına buraxmaq istəyir.
Məsələ burasındadır ki,ev dustaqlığına buraxılmasına dair ərizənin Səbail rayon Məhkəməsində və ya Bakı Apellyasiya Məhkəməsində təmin edilməsi gözlənilir.
Mənbəmizin verdiyi məlumata görə,Akif Rəhimov övladının azad olunması üçün yuxarı dairələrlədə razılaşıb.
Səmimi etiraf edək ki,Akif Rəhimov iş adamı olaraq saytımıza İANƏ kimi 6500 manat maddi dəstək vermişdir.Biz bunu danmırıq!!!
Buna baxmayaraq ədalətli və obyektiv mövqedən çıxış edərək qeyd edirik ki,Akif Rəhimov külli miqdarda pullar hesabına övladını azad etdirmək istəyir.
Rəhim Rəhimovun törətdiyi hadisə zamanı həyatını itirmiş Bakı şəhər sakini Könül Əkbərova Göyçayın ilk şəhidi Elton Əkbərovun qızıdır.
Akif Rəhimov zərərçəkən tərəfə maddi ziyan kimi 30 min manat pul ödəmişdir.
Hüquqi mövqedən çıxış edərək qeyd edirik ki,Rəhim Rəhimov azad olunduğu təqdirdə General Novruzəli Oeucovun oğlu Rüstəm Orucovda azad olunmalıdır.
Çenki ayrı-seçkiliyin qadağan olunması Konstitusiya və Avropa Konvensiyasının tələblərindən irəli gəlir.
Amma iş adamı Akif Rəhimovun saytımıza İANƏ kimi verdiyi pulu geri qaytarmaq istəyirik.
Akif Rəhimov düşünürdü ki,pul hesabına istədiyini saytda yazdıra bilər.Amma bu həqiqətəndə mümkün deyil…..
Rauf Sultanov

Paylaş

Şərh Yaz