Fazil Məmmədov qızı ilə gündəmə gəlmək istəyir?-

Fazil Məmmədov qızı ilə gündəmə gəlmək istəyir?-

Amerikapress.com xəbər verir ki,keçmiş Vergilər naziri Fazil Məmmədovun qızı Selcan sosial şəbəkə hesabından atasının fotosunu paylaşaraq yazıb:
“Bu mahnı atam üçündür, adam kimi adam üçündür, dürüstlüyü hər şeydən önəmli bilən üçün, ürəyi böyük insan üçün. 23 il hökumət üçün qürur və layaqətlə xidmət edən atam”.
Göründüyü kimi,Selcan xanım hələ də atasının

Vergilər Naziri postunda olduğu dövrdə fəaliyyətindən məlumatsızdır.
Biz öz növbəmizdə fürsətdən istifadə edib Selcan xanıma atasının fəaliyyəti barədə qısada olsa məlumat vermək istərdik.
Hörmətli Selcan xanım,atanız Fazil Məmmədov ölkədəki vergi sistemini çox bərbad vəziyyətə qoymuş,tabeçiliyində olan işçilərinin çox hissəsi “BANDA” şəklində fəaliyyət göstərərək sahibkarları mədəni formada soymaqla məşğul olmuşlar.
Məgər Siz atanız haqqında bu qədər saf düşüncəyə maliksinizsə, biz o zaman Sizə “HEYRANIQ”.
Əlavə olaraq qeyd edək ki,sabahdan yəni 11.12.2017-ci il tarixdən Amerikapress.com saytının Araşdırma Qrupu Fazil Məmmədov barəsində sahibkar və sakinlər arasında sorğu keçirəcək və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.

Paylaş

Şərh Yaz