“Bakının tanınmış kafesində müştərilərə qarşı ayrı-seçkilik”

“Bakının tanınmış kafesində müştərilərə qarşı ayrı-seçkilik”

Paytaxtın tanınmış kafelərinin birində, Musabəyov parkında yerləşən “Cafe park”da qadın-kişi ayrı-seçkiliyi müştərilərin narazılığına səbəb olub.

Bu barədə Amerikapress.com-a kafenin müştərilərindən biri məlumat verib.

O bildirib ki, kafedə iki zal var. Onlardan biri

kişilər, digəri isə qadınlar üçün nəzərdə tutulub. Maraqlı məqam ondan ibarətdir ki, qadınların buraxıldığı zala yanında xanım olan kişilərin girişinə də icazə var. Lakin xanımsız olan bir, iki (və ya daha çox) kişinin bu zala girişi qadağandır.

Məsələ bağlı, “Cafe park”dan bildiriblər ki, zalların biri ailəvi olduğu üçün belə formatda işləyir.

“Bəzi kişi müştərilər qeyri-etik ifadələr işlədirlər, bu isə ailəvi istirahətə gələnləri narahat edir. Buna görə kafenin zallarından biri kişilər, digəri isə ailəvi istirahət edənlər üçün nəzərdə tutulub”.

Qeyd edək ki, “ailəvi” kimi təqdim edilən zalda müştərilərə qəlyan və siqaret çəkməyə icazə verilir. Bu isə “Cafe park”ın mövqeyi ilə tamamilə zidd olur.

XXI əsrdə yaşadığımızı nəzərə alaraq, bu qaydaların nə qədər düzgün olması sual doğurur. Elm və texnologiyanın dayanmadan inkişaf etdiyi dövrdə Bakıda qadınlar bir, kişilərin isə digər zala yerləşdirilməsi “gülməli” görünür.

Qeyri-etik davranışa qaldıqda isə, bunu elə bəzi zərif cinsin nümayəndələri, həmçinin evli kişilərdən də belə ifadələr eşitmək mümkündür. Bir də kafeyə gələn müştərilərdən kimin özünü qeyri-etik aparacağını əvvəlcədən necə müəyyən etmək olar?

Paylaş

Şərh Yaz