Bərdədə insan ölümü ilə nəticələnən qəzanı elə icra başçısı törədib-İDDİA

Bərdədə insan ölümü ilə nəticələnən qəzanı elə icra başçısı törədib-İDDİA

Bərdə-Tərtər yolundakı ağır qəza haqda məlumat vermişdik. Tərtər rayonuna yaxın ərazidə baş verən hadisə zamanı bir nəfər həlak olub, iki nəfər ağır yaralanıb. Amma bu dəhşətli hadisənin sıradan qəza olması haqda da qeyd olunmuşdu.
Saytların verdiyi məlumata görə, 90 ZG 909 nömrə nişanlı, ağ rəngli “Leksus” markalı maşın 90 BH 893 nömrə nişanlı bir avtomobillə toqquşub.

Nəticədə 90 BH 893 nömrə nişanlı maşında olan şəxslərdən biri ölüb, iki nəfər ağır yaralanıb. Yaralananların Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırıldığı bildirilir.

Qəzanı törədən 90 ZG 909 nömrə nişanlı,

ağ rəngli “Leksus” markalı maşının sürücüsü, Bərdə rayon İcra Hakimiyyətinin (RİH) Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin qalmaqallı müdiri, adı saysız-hesabsız qanunsuz işlərdə çəkilən Zaur Bəylərov olduğu deyilirdi.

Baxmayaraq ki, hadisə Tərtər rayonuna yaxın ərazidə baş verib, Z.Bəylərovun yaralıları öz işlədiyi rayonun xəstəxanasına çatdırmaqla məsələni ört-basdır etmək məqsədi güddüyü iddia edilirdi.
Obyektiv.infoya Bərdədən verilən məlumata görə isə sükan arxasında Zaur Bəylərov olmayıb. Həmin an maşında qəza törədən şəxs Bərdə icra hakimiyyəti başçısı Vidadi İsayev olub. Bu barədə Bərdədə hamı danışır. Qzada ölüm işi olduğu üçün günahı Zaur Bəylərov üstünə götürüb.
Gecə satları olduğu üçün Bərdə İH-dən məsələyə münasibət öyrənə bilmədik. Telefonlara cavab verən olmadı.
Qarşı tərəfi dinləməyə hazırıq.

Paylaş

Şərh Yaz