Azərbaycanın Cəsarətli Polisi -Vilayət Eyvazov

Azərbaycanın Cəsarətli Polisi -Vilayət Eyvazov

Məlumat üçün qeyd edək ki,ANS və Space telekanallarında aparıcılıq etmiş Tünzalə Rafiqqızına qarşı dələduzluq etmiş

bir şəxsi uzun müddət istintaqa cəlb edə bilməyən Suraxanı RPİ-nin 30-cu polis bölməsi sonunda Daxili İşlər Nazirinin müavini cənab Vilayət Eyvazovun xüsusi tapşırığı ilə dərhal həbs etdi.
İctimaiyyət və xüsusəndə yeni nəslin gəncləri Vilayət Eyvazovu çox yaxşı tanıyır və hansısa tanışlığa ehtiyac görmürəm.Amma,V.Eyvazovun ölkənin təhlükəsizliyində əvəzsiz xidmətlərinin olması şübhəsizdir.Buna bariz misal olaraq T.Rafiqqızının nazir müavininə etdiyi şikayəti göstərmək olar.
Həqiqətəndə,Daxili İşlər Naziri cənab Ramil Usubova və Vilayət Eyvazova çatdırılan hər bir məktub hərtərəfli,tam və obyektiv araşdırılır və qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbir görülür.
Şəxsən özümün qarşılaşdığı bir neçə qanun pozuntusu ilə əlaqədar etdiyim müraciətlər müsbət nəticə ilə sonunclanıb.
Göründüyü kimi,Daxili İşlər Nazirliyinin rəhbər şəxsləri üzərlərinə düşən öhdəliyi layiqincə və vaxtında icra edirlər.Təbii ki,peşəkarlığı və obyektivliyi ilə seçilən bir çox rəhbər polislərimiz var.
Məsələn, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov, müavini Elxan Həsənov və Səhlab Bağırov,Təşkilati-İnspektor İdarəsinin rəisi Vüqar Ələkbərov və Səbail RPİ-nin rəisi cənab Şəmşir Kazımovu xüsusi qeyd etmək olar.
Ədalətli mövqedən çıxış edərək qeyd edirəm ki,bu gün daxili işlər nazirliyi böyük bir yükün daşıyıcısıdır.Hamıya məlumdur ki,ölkənin əsas sütunu Daxili İşlər Nazirliyidir.Təsəvvür edin ki, yollarda avtomobilləri tənzimləyən və təhlükəsizliyinə tam nəzarət edən Yol Patrul Xidməti,vətəndaşların rahat şəkildə ölkə ərazisində təhlükəsiz hərəkətini tənzimləyən və təmin edən PPX,ÇPA və MP-dir.
Qeyd etdiklərimi bir-biri ilə əlaqəli surətdə hərtərəfli təhlil etsək görərik ki,vətəndaşların gündəlik təhlükəsiz yaşayışını tənzimləyən məhz Daxili İşlər Nazirliyidir.
Sonda cənab Vilayət Eyvazova T.Rafiqqızının müraciətinə obyektiv yanaşması səbəbindən öz minnətdarlığımı bildirir və işləridə daim uğurlar arzu edirəm.

Rauf Sultanov

(055) 924-97-24

Paylaş

Şərh Yaz