158 nömrəli məktəbdə korrupsiya tüğyanı-Azər Bağırov

158 nömrəli məktəbdə korrupsiya tüğyanı-Azər Bağırov

Amerikapress.com xəbər verir ki, Bakı şəhərinin Yasamal rayonunda yerləşən 158 nömrəli orta məktəbin fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı fənni üzrə idman müəllimi Bağırov Azər

Kamil oğlu əsassız olaraq şagirdlərə qiymətin yazılması üçün külli miqdarda pul yığır.

Araşdırma Qrupunun əldə etdiyi məlumata görə,məktəbin direktoru Mehriban Ələkbərova dəfələrlə Azər Bağırova xəbərdarlıq edərək bildirmişdir ki,Sizdən çoxsaylı şikayət gəlir və işinizə vicdanla yanaşmanız tələb olunur.
Buna baxmayaraq Azər Bağırov qanunsuz əməllərinə hələdə son qoymur.Məktəbin 10 və 11-ci sinif şagirdlərinin haqlı narazılığı aidiyyəti orqanlar tərəfindən araşdırılmır.
Digər məlumata görə,məktəbin direktoru Mehriban Ələkbərova Azər Bağırovla bacarmır.Çünki Mehriban Ələkbərova üzərinə düşən nəzarətetmə funksiyasını layiqincə yerinə yetirə bilmir.
Təəssüfləndirici məqamlardan biri də odur ki,Azər Bağırov heç nədən çəkinmədən şagirdlərə söyləyir ki,”Mənə heç kim heçnə edə bilməz” deməsidir.
Hazırda Araşdırma Qrupu bu məsələ ilə bağlı araşdırma aparır.

Araşdırmamız Davam Edir

Paylaş

Şərh Yaz