Əfv Komissiyasının sektor müdiri necə milyonçu oldu?-Kəmalə İsmayılova

Əfv Komissiyasının sektor müdiri necə milyonçu oldu?-Kəmalə İsmayılova

İki illik həbsxana həyatında gördüklərim məni heyrətə gətirdi.İnsan haqları və azadlıqlar pulla satılırmış.Məsələn bir şəxsi 5 illik azadlıqdan məhrum ediblərsə, o zaman təxminən on min manat

civarında pulla azad ola bilər.
Məhkumların ən çox istədiyi əfv olmaqdır.Amma bu prosedura heçdə asan başa gəlmir.))))))
Belə ki,cəza çəkən məhkum bir kağız parçasına əfv ərizəsi yazaraq Prezidentə ünvanlayır.Həmin ərizə ilk öncə Əfv Məsələləri Komissiyasının sektor müdiri Kəmalə İsmayılovaya təqdim olunur.K.İsmayılova həmin kağıza bir altdan və bir üstdən baxır və rədd olunsun deyir.Bax beləcə həmin məhkumun əfv ərizəsi yazması hüququ bir ildən sonra yaranır.
Əgər kimlərinsə şübhəsi varsa sübutlar təqdim edə bilərəm.
Təsəvvür edin ki,mənə qarşı şikayət və tələbin olmadığı təqdirdə əfv olunmadım.Halbuki 1-ci qrup əlillik və cəzanın uzun müddətini çəkməyim nəzərə alınmadı.Niyə?
Çünki,Kəmalə İsmayılova ilə SALAM-ƏLEYK etməmişdim.Bir məsələni xüsusilə qeyd edim ki,məhkumların əfv olunması “PROSEDURA”sını bəzi ortada gəzən dəllallar edir.
Göründüyü kimi,məhkumların əfv ümidləri Kəmalə İsmayılovaya ” SALAM ” verməsindən asılıdır.
Əminliklə qeyd edirəm ki,Ölkə Başçısının və 1-ci Vitse Prezident Mehriban xanım Əliyevanın bu cür neqativ hallardan xəbəri yoxdur.
Əgər kimlərsə şübhə edirlərsə 200-dən çox valideyni Prezident Adminstrasiyasına dəvət edə bilərəm.
Faktiki olaraq Kəmalə İsmayılova Əfv Məsələləri Komissiyasından kənarlaşdırılmalı və barəsində bugünədək yol verdiyi qanun pozuntuları araşdırılmalıdır.
Həmçinin bahalı mülkləri haradan əldə etməsidə araşdırılmalıdır.Məhkum ailələrindən alınmış pullar hesabına Villalara sahib olması faktı ortadadır.
Araşdırmamız Davam Edir

Paylaş

2 Responses to "Əfv Komissiyasının sektor müdiri necə milyonçu oldu?-Kəmalə İsmayılova"

  1. Mən bu faktı tamamilə təsdiqləyirəm. Məsələ burasındadır ki, mənim qonşum 8-9 il qabaq həbs edildi. Düzdür, günahı var idi. günah da ondan ibarət idi ki, H.Əliyev fondu adından saxta sənəd düzəldib istifadə etmişdi. Başa düşürəm- bu dələduzluqdu və 13 il həbs cəzası kəsdilər. Onunla paralel bir zamanda bir gənc oğlan da öz dostunun hamilə yoldaşını 10 qram qızıla görə bıçaqlayıb öıdürmüşdü və ona da 13 il iş verdilər. Bu haqsız qərarları bir kənara qoyaq. Qonşumun 2 az yaşlı oğlu- böyüyü 6, kiçiyi 4 yaşında, həyat yoldaşı hamilə, hal hazırda 1 qızları da var-artıq 3-cü sinifdə oxuyur. Vəziyyəti təsəvvür edin. 3 körpə uşaq, evdar qadın….Onların hansı çətinliklə yaşadığını mən bilirəm. Əhv etmək üçün 80.000 istədilər. Hansı qapını döydülərsə , cavab aldılar ki, məsələ xanımın nəzarətindədir, heç nə edə bilmərik. Məgər belə halda onu azad etmək olmazdımı. Respublikada rüşvətin kökünü kəsmək üçün bütün sahələri düzgün proqramlaşdırılmış robotlarla təchiz etmək lazımdır. bəlkə onda nəyisədüzəltmək…….

    Reply
    1. Hörmətli Rəna xanım!
      Məlumat üçün qeyd edim ki,göstərdiyiniz xüsusatları diqqətlə nəzərdən keçirtdik və həqiqəti əks etdirməsini təsdiqləyirik.
      Mümkün olarsa əlaqə nömrənizi yazın və ya mənimlə əlaqə saxlayın
      055 924 97 24
      Amerikapress.com saytının rəhbəri və İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədr müavini
      Rauf Sultanov

      Reply

Şərh Yaz